Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb “Azəravtoyol”a isə yol tikintisi üçün 3,5 milyon manat ayrılıb
Daxili siyasət
26 Sentyabr , 2017 17:43
Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bundan başqa, Prezident İlham Əliyev sentyabrın 26-da “Salyan rayonunun Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi