Prezident Şabranda yol tikintisinə 8,6 milyon manat ayırıb

Prezident Şabranda yol tikintisinə 8,6 milyon manat ayırıb Bakı. 10 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Daxili siyasət
10 sentyabr 2018 13:57
Prezident Şabranda yol tikintisinə 8,6 milyon manat ayırıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi