Prezident Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi üçün 3,8 milyon manat ayırıb

Prezident Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi üçün 3,8 milyon manat ayırıb Dövlət başçısı sərəncam imzalayıb
Daxili siyasət
30 Mart , 2017 11:02
Prezident Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi üçün 3,8 milyon manat ayırıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi