Prezident Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb İlham Əliyev çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Daxili siyasət
20 Oktyabr , 2016 17:54
Prezident Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi