Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib Qanunun 33-cü maddəsinə dəyişiklik edilib
Daxili siyasət
142
23 Oktyabr , 2017 13:37
Prezident “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Polis haqqında” qanuna Milli Məclisin etdiyi dəyişikliyi təsdiqləyib.

“Report”un xəbərinə görə, qanunun 33-cü (Polis əməkdaşının məsuliyyəti) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir.

Bu maddədən “ləyaqətsiz” sözü çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi