Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eləcə də Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.
Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb.
Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.
Ailəlidir, iki övladı var.