Prezident İlham Əliyev Şəkidə səfərdədir

Prezident İlham Əliyev Şəkidə səfərdədir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.
Daxili siyasət
2265
30 İyul , 2020 12:40
Prezident İlham Əliyev Şəkidə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

"Report" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye 9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü ildən indiyədək rayonda 24 758 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıb.

Son xəbərlər

Orphus sistemi