Tbilisidə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Tbilisidə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub Prezident İlham Əliyevi gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili qarşılayıb
Daxili siyasət
5 Noyabr , 2015 17:49
Tbilisidə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bakı. 5 noyabr. REPORT.AZ/ Tbilisidə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub. "Report" xəbər verir ki, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Gürcüstanın dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olunub.

Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi