​Prezident İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı sərəncamlar ümumilikdə 180 jurnalisti əhatə edib

​Prezident İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı sərəncamlar ümumilikdə 180 jurnalisti əhatə edib 44 nəfər “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb
Daxili siyasət
119
21 İyul , 2015 10:06
​Prezident İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı sərəncamlar ümumilikdə 180 jurnalisti əhatə edib

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib. “Report”un xəbərinə görə, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 91 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, 44 nəfər “Əməkdar jurnalist”, 17 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülüb.

2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 21 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. Hər il iyulun 22-də Azərbaycan milli mətbuatnın yaranma günü qeyd olunur.

Son xəbərlər

Orphus sistemi