Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev Yevlax Şəhər İcra Hakimiyyətinə 3,8 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb
Daxili siyasət
4 Dekabr , 2014
19:16
https://static.report.az/photo/a8bcc1d6-c6d0-44db-91fd-2aa174c579cb.jpg
Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərinin Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Yevlax Şəhər İcra Hakimiyyətinə ayrılıb.