Prezident İlham Əliyev Tovuza səfər edib - YENİLƏNİB

Prezident İlham Əliyev Tovuza səfər edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.
Daxili siyasət
719
4 Mart , 2020 23:26
Prezident İlham Əliyev Tovuza səfər edib - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.

"Report" xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq.


***12:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.

"Report" xəbər verir ki, dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Son xəbərlər

Orphus sistemi