Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib - YENİLƏNİB İdman bazasının açılışı olub
Daxili siyasət
8 Sentyabr , 2017 12:14
Prezident Zuğulba tədris idman bazasının açılışında iştirak edib - YENİLƏNİB
President.az

Bakı. 8 sentyabr. REPORT.AZ/ Dövlət başçısı Zuğulba tədris idman bazasının rəmzi açılışını bildirən lenti kəsib.

"Report"un xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə yeni tədris müəssisəsi barədə məlumat verib.

Bildirilib ki, burada inşaat işlərinə 2015-ci ildə başlanılıb. Kompleksin tikintisi yüksək keyfiyyətlə və müasir səviyyədə aparılıb. İdman bazasının ümumi sahəsi 1 hektara yaxındır. Baza yataqxana və idman sağlamlıq korpusları, amfiteatr, həmçinin mini futbol və basketbol meydançalarından ibarətdir.

Dövlət başçısı müəssisənin idman sağlamlıq korpusunda yaradılan şəraitlə tanış olub.

Yeni istifadəyə verilən bu bazada əsasən yığma komandaların təlim məşq toplanışlarının, idmanın müxtəlif növləri üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi, aktual mövzularda seminarların təşkil edilməsi, idmanda fərqlənən məktəblilər üçün yay düşərgələrinin yaradılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili nəzərdə tutulur.

Zuğulba tədris idman bazasında yaradılan şəraitlə tanış olan dövləti başçısı kollektivə uğurlar arzulayıb.

*** 09:58

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasının açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi