​Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 10 milyon manat ayırıb

​Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 10 milyon manat ayırıb Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Daxili siyasət
18 Sentyabr , 2015 18:20
​Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 10 milyon manat ayırıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, sərəncamla Ağsu şəhərində Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi