Yuxarı

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Dövlət başçısı “Əbədi məşəl” abidəsi önünə əklil qoyub

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib. “Report” xəbər verir ki, Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Dövlət və hökumət rəsmiləri, Azərbaycandakı dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi