Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib Dövlət başçısı “Əbədi məşəl” abidəsi önünə əklil qoyub
Daxili siyasət
20 yanvar 2018 06:03
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Son xəbərlər

Orphus sistemi