Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gedib

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gedib İcra başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlət başçısına məlumat verib
Daxili siyasət
2 Oktyabr , 2017 11:44
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gedib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

"Report"un xəbərinə görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Son xəbərlər

Orphus sistemi