Yuxarı

Prezident İlham Əliyev Sabirabad rayonunda səfərdədir - ƏLAVƏ OLUNUB

Dövlət başçısı Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gəlib.

"Report"un məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Prezident İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub, pambıqçılarla görüşüb və söhbət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi