Azərbaycan Prezidenti Qətər və Hindistan səfirlərini qəbul edib

Azərbaycan Prezidenti Qətər və Hindistan səfirlərini qəbul edib Qətər səfiri etimadnaməsini dövlət başçısına təqdim edib, Hindistan səfirinin diplomatik fəaliyyəti başa çatıb
Daxili siyasət
24 Yanvar , 2015 14:21
Azərbaycan Prezidenti Qətər və Hindistan səfirlərini qəbul edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Qətər Dövlətinin ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.

""Report"un məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı. Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirib.

Prezident İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Hindistanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyini vurğulanıb, əməkdaşlığımızın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilib, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Son xəbərlər

Orphus sistemi