Prezident İlham Əliyev Pirallahı rayonunda yeni körpünün açılışında iştirak edib

Prezident İlham Əliyev Pirallahı rayonunda yeni körpünün açılışında iştirak edib Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
11 May , 2017 10:06
Prezident İlham Əliyev Pirallahı rayonunda yeni körpünün açılışında iştirak edib
President.az

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

“Report”un məlumatına görə, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi