Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib - YENİLƏNİB Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Daxili siyasət
152
21 İyul , 2017 15:55
Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib - YENİLƏNİB
President.az

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi Pirallahı qəsəbəsinin sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradıb. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikilib. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar Zirə-Pirallahı magistral su xəttinin körpü ərazisinə düşən hissəsi yenidən qurulub. Gəmilərin maneəsiz hərəkəti üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi konstruksiyalı keçid quraşdırılıb, yeni su və kanalizasiya xətləri onun üzərindən çəkilib. Layihə çərçivəsində Pirallahı qəsəbəsində 65 kilometr uzunluğunda yeni paylayıcı su şəbəkəsi inşa olunub, eyni zamanda, çoxmənzilli 35 yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub. Zirə-Pirallahı xəttindən Gürgan qəsəbəsinin sakinləri də içməli su ilə təmin ediliblər. Hazırda Pirallahı və Gürgan qəsəbələrinin sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunurlar.

Qeyd edildi ki, Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Bu layihənin icrasına qədər isə Zirə quyu zonasından qəsəbəyə həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilirdi. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin edirdilər.

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.


*** 11:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Sonra Azərbaycan Prezidenti “Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış olub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi