Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub - YENİLƏNİB

    Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və YAP-ın rayon təşkilatı üçün binaların inşası davam etdirilir© President.az

    Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək layihələrlə tanış olub.

    "Report" xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.

    Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Səməd Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılan sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayonda müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanıb. Artıq Rayon Polis Şöbəsinin müasir binası istifadəyə verilib. Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub.

    Məlumat verilib ki, Pirallahı qəsəbəsinin müfəssəl planlaşdırma layihəsinin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulub. Beləliklə, qəsəbədə 35 min sakinin məskunlaşması mümkün olacaq. Burada ümummilli lider Heydər Əliyevin həm “Neft daşları”na, həm də Pirallahıya səfərlərini əks etdirən fotostend də var. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə - 1979-cu ildə Pirallahı qəsəbəsinə də gəlib və buradakı bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub.

    Qeyd edilib ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Mərkəzi yol boyunca müxtəlif landşaft kompozisiyaları düzəldilib, torpaq tökülərək yamaclar, təpələr qurulub, hamarlanma işləri aparılıb, qaya daşları, gül və kol bitkiləri ilə bəzədilib.

    Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubu yaradılması üçün əlverişli şərait var. Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgan və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.


    *** 11:56

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub.

    "Report"un xəbərinə görə, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib.

    Bildirilib ki, dövləti başçısının tapşırıqlarına uyğun olaraq, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı üçün binaların inşası davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi