Yuxarı

Prezident İlham Əliyev Patrik Hikkini “Şərəf” ordeni ilə təltif edib

Bu gün onun 70 yaşı tamam olur

Bakı. 17 iyun. REPORT.AZ/ Dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyev Avropa Olimpia Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib. “Report”un xəbərinə görə, bu barədə “Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

“Bu gün Patrik Hkkinin 70 yaşı tamam olur. Bu münasibətlə ölkə prezidenti onu “Şərəf” ordeni ilə təltif edib. Bu münasibətlə onu təbrik edirəm. Çünki o, oyunların keçirilməsini Azərbaycana etimad edib”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi