Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması üçün tapşırıq verib

    Dövlət başçısı deyib ki, bu işə xarici və yerli investorlar cəlb olunmalıdır

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda geniş özəlləşdirmə proqramı hazırlanacaq.

    "Report" xəbər verir ki, bunu yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

    Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi