Prezident İlham Əliyev Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub Yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb
Daxili siyasət
29 Dekabr , 2014 15:32
Prezident İlham Əliyev Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar. “Report”un xəbərinə görə, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev parkın tikintisi ilə bağlı dövlət başçısına məlumat verib.

Dövlət başçısı və xanımı burada yaradılan şəraitlə də tanış olublar. 650 avtomobil tutumuna malik yeraltı dayanacaq “Safe Life” şirkəti tərəfindən ən müasir texniki avadanlıqla təchiz olunub. 24 saat açıq olacaq yeraltı avtomobil dayanacağında təhlükəsizlik sistemlərindən olan su ilə avtomatik söndürmə, ünvanlı yanğın siqnalizasiya, havalandırma və tüstüsovurma, yanğın səsləndirmə və təxliyənin idarə olunması, videonəzarət, park naviqasiya, park ödəmə sistemləri və istiqamət lövhələri qurulub. Bu sistemlərdə dünyanın qabaqcıl şirkətlərinin ən keyfiyyətli avadanlığından istifadə olunub. Yeraltı avtomobil dayanacağına, texniki və xidməti otaqlara vizual nəzarət etmək üçün videonəzarət sistemindən istifadə edilib. Sistem sayəsində dayanacaq ərazisinə və giriş-çıxışa tam nəzarət etmək, insan gözündən yayına biləcək vəziyyətlərə belə diqqət yetirmək mümkün olacaq. Yeraltı dayanacaqda avtomobillərin təhlükəsizliyi ən yüksək səviyyədə nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi