Prezident İlham Əliyev Nardaranda şəhid olan polisləri təltif edib

Prezident İlham Əliyev Nardaranda şəhid olan polisləri təltif edib Onlar “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunublar
Daxili siyasət
27 Noyabr , 2015 15:16
Prezident İlham Əliyev Nardaranda şəhid olan polisləri təltif edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda bildirilir ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Sərəncamla Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibov (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev (ölümündən sonra).

Son xəbərlər

Orphus sistemi