Prezident İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”

Prezident İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar” Dövlət başçısı sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini deyib
Daxili siyasət
21 İyun , 2016 14:23
Prezident İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşündə qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışıb.

“Report”un xəbərinə görə, dövlət başçısı bundan sonra da Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini deyib, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.

Nardaran sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən dövlət başçısı ölkədə bütün azadlıqların, o cümlədən din azadlıqlarının tam təmin edildiyini vurğulayıb, bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkənin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

Nardaran sakini Ağasəid Orucov Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi