Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - YENİLƏNİB

Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - YENİLƏNİB Dövlət başçısı qeyd edib ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb
Daxili siyasət
6 Mart , 2018 12:32
Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoruna “Dostluq” ordenini təqdim edib - YENİLƏNİB

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevi qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırıb və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğulayıb.

Prezident İlham Əliyev Məmmədəli Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini deyib. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlət başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğulayıb. 

Prezident İlham Əliyev qeyd edib ki, Məmmədəli Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətənindən ayrılmayıb. Məmmədəli Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlərimizin inkişafında mədəniyyət əlaqələri xüsusi rol oynayır. İki ölkənin humanitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlət başçısı qeyd edib ki, Məmmədəli Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev keçən il imzaladığı sərəncamla Məmmədəli Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bir daha bildirdi və ordeni ona təqdim edib.

Bir çox dövlət mükafatlarına layiq görüldüyünü qeyd edən Məmmədəli Ağayev Azərbaycan Respublikasının “Dostluq” ordeninin onun üçün xüsusi dəyər daşıdığını bildirib. 38 ildir ki, Moskvada yaşadığını vurğulayan Məmmədəli Ağayev deyib ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib və bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün səylərini əsirgəməyəcək. Məmmədəli Ağayev dövlət başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb. 

Sonda xatirə şəkli çəkdirilib.


*** 11:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi