Prezident İlham Əliyev Mingəçevirə səfərə gedib

Prezident İlham Əliyev Mingəçevirə səfərə gedib Şəhər icra hakimiyyətinin başçısı abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib
Daxili siyasət
27 Fevral , 2018 12:11
Prezident İlham Əliyev Mingəçevirə səfərə gedib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

"Report" xəbər verir ki, dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

Son xəbərlər

Orphus sistemi