​Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub

​Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub 12 hektar sahəni əhatə edən məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib
Daxili siyasət
24 Fevral , 2015 15:36
​Prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. 

“Report”un xəbərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Qeyd olunub ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Dövlət başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub.

Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış olub.

Son xəbərlər

Orphus sistemi