Prezident İlham Əliyev Masallıya səfərə gedib

Prezident İlham Əliyev Masallıya səfərə gedib Dövlət başçısı rayonda Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib
Daxili siyasət
3 Sentyabr , 2016 11:18
Prezident İlham Əliyev Masallıya səfərə gedib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

“Report”un xəbərinə görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Son xəbərlər

Orphus sistemi