Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edib

Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edib Prezident və xanımı Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər
Daxili siyasət
219
28 Mart , 2016 16:58
Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun məzarını ziyarət edib

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

“Report”un xəbərinə görə, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər.

Anna İbrahimbəyova həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına və xanımına minnətdarlıq edib.

Son xəbərlər

Orphus sistemi