Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib Bunlar Nizami Nadirov və Şaitdin Əliyevdir
Daxili siyasət
18 Oktyabr , 2017 19:21
Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi