Yuxarı

​Prezident İlham Əliyev “İnturist” hotelinin açılışında iştirak edib

Dövlət başçısı hoteldə yaradılan şəraitlə tanış olub

Bakı. 5 may. REPORT.AZ/ Mayın 5-də Bakıda “İnturist” hotelinin açılışı olub. “Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin açılışında iştirak ediblər.

Dövlət başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə hotel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu hotel “Absheron Hotel Group”a aiddir. Yeni hotel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni hotel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edilib ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlət başçısı hoteldə yaradılmış şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev hotelin kollektivi ilə görüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi