​Prezident İlham Əliyev: “İlk Avropa Oyunlarını Bakıda keçirməkdən qürur duyuruq”

​Prezident İlham Əliyev: “İlk Avropa Oyunlarını Bakıda keçirməkdən qürur duyuruq” “Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq”
Daxili siyasət
17 İyun , 2015 15:27
​Prezident İlham Əliyev: “İlk Avropa Oyunlarını Bakıda keçirməkdən qürur duyuruq”

Bakı. 17 iyun. REPORT.AZ/ “İlk növbədə Sizi yubileyiniz münasibətilə təbrik etmək istərdim. Çox şadam ki, Siz ad gününüzü Bakıda, əminəm, Sizə çox yaxın olan bir ölkənin paytaxtında qeyd edirsiniz”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə “Şərəf” ordenini təqdim edərkən deyib.

Dövlət başçısı Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyi işlərə görə P.Hikkiyə təşəkkürünü bildirib: “İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq. Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq”.

Son xəbərlər

Orphus sistemi