Yuxarı

Prezident İlham Əliyev: "İli yaxşı başlamışıq"

Nazirliyə göstəriş vermişdim ki, bundan sonra da lazımı dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar

Bakı. 30 yanvar. REPORT.AZ/ "Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında kollektiv qarşısında çıxışı zaman deyib. 

Açılışdan sonra Prezident İlham Əliyev zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət edib.

Prezident İlham Əliyev: Maaş da yaxşı verirsiniz?

“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov: Orta aylıq əmək haqqı 600 manatdır.

Prezident İlham Əliyev: Siz necə, razısınız?

İşçilər: Bəli.

Prezident İlham Əliyev: Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin, ölkəmiz daha da güclənsin.

Şirkətin vitse-prezidenti Fuad Bəşirov: Sizin uğurlu siyasətinizə yeni nailiyyətlərimizlə dəstək veririk.

Prezident İlham Əliyev: Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. “Mətanət-A” şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdır. Şadam ki, bu şirkət ölkəmizin iqtisadi inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş vermişdim ki, bundan sonra da lazımı dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi.

İşçilər: Çox sağ olun, Allah sizi qorusun.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi