Bakı. 23 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İbrahim Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla İbrahim Məmməd oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, İ.Məmmədov 2006-cı ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) çalışırdı.
