Prezident İlham Əliyev Gəncədə səfərdədir

Prezident İlham Əliyev Gəncədə səfərdədir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.
Daxili siyasət
1592
24 İyun , 2020 16:01
Prezident İlham Əliyev Gəncədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

"Report" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Gəncəyə 16-cı səfəridir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır. Belə ki, 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində Gəncədə 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb.

Son xəbərlər

Orphus sistemi