Yuxarı

Prezident İlham Əliyev FHN-in 10 illik yubiley medalının təsis edilməsilə bağlı fərman imzalayıb

Sərəncamla yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli qanunun tətbiqi haqqında fərman imzalayıb

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı ilə təltif etmək səlahiyyəti fövqəladə hallar nazirinə verilib.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş, diametri 36 mm olan qızılı rəngli dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi hamar səthlidir. Mərkəzdən yuxarıda relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində, yaşıl fonda, müvafiq icra hakimiyyəti orqanının emblemindən ibarət kompozisiya təsvir edilmişdir.

2.2. Medalın yuxarı qövsü boyunca qızılı rəngdə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövsü boyunca həmin rəngdə “FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ” sözləri yazılmışdır. Medalın mərkəzindən aşağı hissədə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun lentin üzərində ağ minalı “10 İL” sözləri, medalın sol tərəfində lentdən yuxarı hissədə alt-alta qızılı rəngdə “2005” və “2015” rəqəmləri yazılmış, lentin üzərində sağa istiqamətlənən qızılı rəngdə palıd yarpaqlarının təsviri verilmişdir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 10 İLLİYİ” sözləri və “2005-2015” rəqəmləri milli ornamentlə tamamlanır. Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, üst hissəsi 40 mm x 4 mm, alt hissəsi 40 mm x 6,5 mm ölçüdə qızılı rəngli metal lövhədən, orta hissəsi 37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament vardır.

4.2. Xara lent, mərkəzdə eni 2 mm olan qırmızı, mərkəzdən kənarlara doğru isə ardıcıllıqla eni 3 mm olan ağ, 12,5 mm olan qırmızı, 2 mm olan göy rəngli şaquli zolaqlara bölünmüşdür.

4.3. Medalı lövhəyə birləşdirən üç ədəd qızılı rəngli metal halqaların diametri 5 mm-dir.

4.4. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi