​Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayırıb

​Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayırıb Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
Daxili siyasət
4 Noyabr , 2015 11:36
​Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayırıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla maddi-texniki bazanın möhkəmləndirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Sərhəd Xidmətinə 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi