Yuxarı

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Dövlət rüsumu tətbiq edildikdə həmin dövlətlərin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. 

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanın avtomobil daşıyıcılarına digər dövlətlərdə bu qanunla müəyyən edilən dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin dövlətlərin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

Bundan başqa, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə bu qanunun 24-cü maddəsi ilə nəzərdə tutulan dövlət rüsumundan azaddır:

Dəyişikliyə əsasən, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi