Prezident İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb Mükafatlar Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən verilib
Daxili siyasət
27 May , 2016 16:19
Prezident İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

Bakı. 27 may. REPORT.AZ/ Prezident İlham Əliyev dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, mükafatlar Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən verilib. 

Sərəncama əsasən, 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Ramiz Mahmud oğlu Məmmədov – "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə

Elbrus Kərim oğlu Əlizadə

Məhərrəm Səməd oğlu Həsənov

Zakir Namin oğlu Eminov

Ədəbiyyat sahəsi üzrə

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.

Son xəbərlər

Orphus sistemi