Prezident İlham Əliyev “Cəbrayıl” və “Qubadlı” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Prezident İlham Əliyev “Cəbrayıl” və “Qubadlı” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək
Daxili siyasət
31 May , 2017 16:53
Prezident İlham Əliyev “Cəbrayıl” və “Qubadlı” gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
President.az

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının “Cəbrayıl” və “Qubadlı” yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Qubadlı” və “Cəbrayıl” təchizat gəmilərinin texniki göstəriciləri, təyinatı barədə dövlət başçısına məlumat veriblər.

Bildirildi ki, hər iki gəmi SOCAR-ın dəniz obyektlərinə xidmət edən köhnə gəmiləri əvəzləyəcək. Gəmilərdən biri SOCAR-a məxsus “28 May”, digəri isə “Ümid” yatağındakı platformalara xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi