Prezident İlham Əliyev Bakıda “Bulvar Hotel”in açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda “Bulvar Hotel”in açılışında iştirak edib Dövlət başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
15 May , 2015 13:19
Prezident İlham Əliyev Bakıda “Bulvar Hotel”in açılışında iştirak edib

 Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər. "Report" xəbər verir ki, dövlət başçısı hotelin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, “Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü hotelidir. Beşulduzlu yeni hotel, həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi hotel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Hoteldə 818 nömrə var. “Bulvar Hotel”in paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Hotelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.

Hotellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi