Prezident ​İlham Əliyev: "Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var"

Prezident ​İlham Əliyev: "Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var" "Güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət, cəmiyyətdə bərqərar olmalıdır"
Daxili siyasət
19 Mart , 2015 19:50
Prezident ​İlham Əliyev: Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var

Bakı. 19 mart. REPORT.AZ/ "Novruz bayramı bizim milli sərvətimizdir". "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Dövlət başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, hər bir ölkə vətəndaşına yeni uğurlar və xoşbəxtlik arzulayıb, Novruzun yalnız müstəqillik illərində qeyd edilməyə başlanıldığını qeyd edib. Azərbaycanın müstəqillik dövründə çox çətin sınaqlardan keçdiyini, bununla belə, yalnız bu dövrdə xalqın yüksək zirvələrə çatdığını deyən Prezident İlham Əliyev hazırda dünya siyasətində ikili standartların hökm sürdüyünü, buna baxmayaraq, Azərbaycanın inkişaf yolu ilə uğurla getdiyini vurğulayıb. 

Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub, münaqişənin hələ də həll olunmamasından təəssüfləndiyini bildirib: "Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır. Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Ordu quruculuğu bizim üçün əsas vəzifədir. Azərbaycan Ordusu indi dünyada öz gücü, texniki təchizatı ilə fərqlənir. Güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi, düşünülmüş siyasət, sosial vəziyyət, cəmiyyətdə bərqərar olmalıdır. Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var".

Bir neçə gün əvvəl təməli qoyulan TANAP layihəsinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və ölkədə hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır: “Bundan əlavə görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır. Azərbaycanın yürütdüyü siyasət ədalətli siyasətdir. Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər bu gün onu dünya miqyaslı sərvətə çevirib".

Son xəbərlər

Orphus sistemi