Yuxarı

​Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Dövlət başçısı abidənin önünə əklil qoyub

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

“Report” xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi