​Prezident İlham Əliyev: “Azərbaycan özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır”

​Prezident İlham Əliyev: “Azərbaycan özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır” “Azərbaycan bir sıra transmilli layihələrin həm təşəbbüskarı olub, həm də onların icrasında fəal iştirak edib”
Daxili siyasət
2 İyun , 2015 15:39
​Prezident İlham Əliyev: “Azərbaycan özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır”

Bakı. 2 iyun. REPORT.AZ/ “İndi ölkəmiz özünün sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Sürətli inkişafın nəticəsi olaraq qazandığımız uğurlar həyatımızın bütün sahələrində, o cümlədən qeyri-neft sektorunda əsaslı irəliləyişlərə yol açıb. “Report”un xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçılarına müraciətində yer alıb.

Prezident bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası bu gün də ardıcıl davam etdirilir: “Azərbaycan iri həcmdə neft və qaz ixrac edən ölkələr arasında qısa müddətdə öz layiqli yerini tutmaqla, Avropanın enerji təhlükəsizliyi üzrə strateji müttəfiqə çevrilmiş və regional əməkdaşlıq məsələlərində konstruktiv rol oynayan etibarlı tərəfdaş olub. Ötən dövr ərzində neft siyasətində davamlı inkişaf nümayiş etdirən Azərbaycan bir sıra transmilli layihələrin həm təşəbbüskarı olub, həm də onların icrasında fəal iştirak edib”.

Dövlət başçısı vurğulayıb ki, TANAP qaz boru kəmərinin bu yaxınlarda keçirilmiş təməlqoyma mərasimi belə geosiyasi layihələrdə ölkənin mövqeyini möhkəmlədən önəmli addımlardan biridir: “İyirmi ildən artıq təcrübəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransı qüvvələrimizi birləşdirməklə, bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır, geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. İnanıram ki, sərgi və konfransınız dünyada neft-qaz sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək, mühüm görüş yeri olduğunu bir daha sübut edəcək”.

Son xəbərlər

Orphus sistemi