Yuxarı

​Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, möhkəm təməl üzərində qurulub”

“Biz özümüz donor kimi başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına öz maliyyə resurslarımızı təqdim edirik”

Bakı. 10 aprel. REPORT.AZ/ “Bu uğurları biz əldə etmişik, Azərbaycan xalqı əldə edib. Əgər biz vaxtı ilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər ürəkaçan olmazdı. Əksinə, bizi staqnasiya, resessiya gözləyə bilərdi. Necə ki, biz indi dünyada, bölgədə, bəzi yerlərdə bunu müşahidə edirik”.

“Report”un xəbərinə görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz özümüz donor kimi başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına öz maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi