Yuxarı

​Prezident İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib

Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəni təmsil edəcək boksçularla görüşüblər

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər. “Report”un xəbərinə görə, dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.

Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəni təmsil edəcək boksçularla görüşüblər.

Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva hoteldə yaradılan şəraitlə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi