Prezident İlham Əliyev Astarada iki yolun tikintisinin başa çatdırılmasına 8,5 milyon manat ayırıb

Prezident İlham Əliyev Astarada iki yolun tikintisinin başa çatdırılmasına 8,5 milyon manat ayırıb Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
28 Avqust , 2017 16:47
Prezident İlham Əliyev Astarada iki yolun tikintisinin başa çatdırılmasına 8,5 milyon manat ayırıb

Bakı. 28 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi