Prezident İlham Əliyev Ağsu rayonuna səfər edib

Prezident İlham Əliyev Ağsu rayonuna səfər edib Dövlət başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub
Daxili siyasət
17 Sentyabr , 2015 20:36
Prezident İlham Əliyev Ağsu rayonuna səfər edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə səfərini başa çatdıraraq Ağsu rayonuna gəlib.

"Report"un məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Son xəbərlər

Orphus sistemi